AZ

Zeleskinin təşəbbüsü ilə Ukrayna-NATO Şurasının iclası keçiriləcək

Aprelin 19-da Ukrayna – NATO Şurasının növbəti iclası keçiriləcək.

APA-nın məlumatına görə, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə çağırılan toplantıda Kiyevə hava hücumudan müdafiə sistemləri və qumbaraatanların göndərilməsi müzakirə olunacaq.

Stoltenberqin sözlərinə görə, alyansa üzv ölkələrin Ukraynaya göndərmək üçün kifayət qədər HHM sistemləri var.

Seçilən
79
4
Mənbələr
Şərh ()
Bağla