AZ

Afrika ölkələri ilə ticarət dövriyyəsində ciddi artım var

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın Afrika ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 5,4 dəfə və ya 127,7 milyon ABŞ dolları artaraq 156,4 milyon dolları üstələyib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan Afrika ölkələrinə 121,7 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin göstəricisindən 6,2 dəfə və ya 102,1 milyon dollar çoxdur.

Afrika ölkələrindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 3,8 dəfə və ya 25,6 milyon dollar artaraq 34,6 milyon dollar təşkil edib.

2024-cü ilin ilk üç ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Afrika ölkələri ilə ticarətin payı 1,61 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricidən 1,37 faiz bəndi çoxdur.

Seçilən
75
Mənbələr
Şərh ()
Bağla