AZ

İndoneziyada vulkan püskürdü, zəlzələ oldu - sunami təhlükəsi var

İndoneziyanın Şimali Sulavesi əyalətində eyni adlı kiçik adada Ruanq vulkanının yeni güclü püskürməsi baş verib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin azaldılması üzrə milli agentliyi məlumat yayıb.

Bildirilib ki, kül sütunu 3 km hündürlüyə qalxıb. Həmçinin püskürmə zamanı 3,2 bal gücündə zəlzələ qeydə alınıb. Agentlik kraterdən isti maqmanın buraxılmasını əks etdirən fotoşəkilləri dərc edib.

Yaponiya Meteorologiya İdarəsi də öz növbəsində hazırda İndoneziyada vulkan püskürməsi nəticəsində sunami ehtimalını təhlil etdiyini bildirib.

Bundan əvvəl Ruanq dağı ərazisində aktivliyin artması və bir neçə vulkan püskürməsi səbəbindən ətraf ərazilərdən 828 nəfər təxliyə edilib. Tələfat və dağıntılar barədə məlumat verilmir.

İndoneziyanın püskürmə təsnifatına görə vulkanın ərazisində təhlükə səviyyəsi dörddən üçünə qaldırılıb. Dağa 4 km məsafədən yaxınlaşmaq qadağandır.

Turan İSMAYIL

Seçilən
92
3
Mənbələr
Şərh ()
Bağla