AZ

Avropa İttifaqı Gürcüstana qapılarını bağlaya bilər

Gürcüstan “xarici agentlər” haqqında mübahisəli qanun layihəsinin qəbulu ilə əlaqədar Avropa İttifaqına daxil olarkən problemlərlə üzləşə bilər.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrel bildirib.


Borrelldən başqa, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varheli də Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbuluna cavab verib.

 

“Bu gün Gürcüstan parlamenti Avropa İttifaqının bu qanundan imtina ilə bağlı dəfələrlə etdiyi çağırışlara və kütləvi etirazlara baxmayaraq, “xarici təsirin şəffaflığı haqqında” qanunu birinci oxunuşda qəbul edib”, - Aİ nümayəndələrinin bəyanatının mətnində deyilir.

 

Onlar bu prosesi çox narahatedici hadisə adlandırıblar və onların fikrincə, bu qanunun yekun qəbulu Gürcüstanın Aİ-yə doğru irəliləyişinə mənfi təsir göstərəcək, çünki bu qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə uyğun gəlmir.

 

“Təklif olunan qanun vətəndaş cəmiyyəti və medianın sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıracaq, ifadə azadlığını məhdudlaşdıracaq və Gürcüstan vətəndaşlarının xeyrinə olan təşkilatları ədalətsiz şəkildə ləkələyə bilər”, - deyə Avropa İttifaqı Gürcüstanı yenidən Gürcüstana zərər verə biləcək qanunlar qəbul etməkdən çəkinməyə çağırıb.

 

Nigar

 

Seçilən
28
50
Mənbələr
Şərh ()
Bağla