AZ

"ADY Express" cərimələnə bilər

"ADY Express" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazılrıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunsa, "ADY Express" altı yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə

Seçilən
123
30
Mənbələr
Şərh ()
Bağla