AZ

Barmağımızda gəzdirəcəyimiz "ambulans": "Xiaomi"dən "həkim üzük"

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan “Xiaomi” yeni üzüyünü təqdim edib.

Publika.az xəbər verir ki, “Xiaomi”nin oyun departamenti “Black Shark” çinli “Weibo” mikrobloq saytındakı son paylaşımı ilə “Black Shark Ring” haqqında yeni təfərrüatları açıqlayıb.

Markanın ağıllı üzüyü gümüş, qara və qırmızı rəng seçimlərində istifadəçilərin ixtiyarına veriləcək. Üzük “Smart Touch” xüsusiyyətinə sahib olacaq. Bundan əlavə, məhsulun qalınlığının 2,2 mm olduğu bildirilir.

Üzük ürək döyüntüsü, təzyiq və hətta bədən istiliyinin ölçülməsi kimi funksiyalara malikdir. Üstəlik, suya davamlılıq kimi xüsusiyyətlərin olması gözlənilir. Üzüyün ən diqqət çəkən cəhəti onun şarjının 180 gün davam etməsidir.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla