AZ

İngiltərədə 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edilir

İngiltərədə 2009-cu ildən sonra doğulanların ömürlərinin sonunadək siqaret ala bilməmələri üçün siqaret almaq yaşının aşağı həddinin hər il artırılmasını təklif edən qanun layihəsi ABŞ-ın aşağı palatası olan İcmalar Palatasında bəyənilib.

 

Aztibb.az bu barədə medimagazin.com.tr-yə istinadla xəbər verir.

 

Nazirlər Kabinetinin və öz partiyasının etirazına baxmayaraq, Baş nazir Rişi Sunak tərəfindən dəstəklənən qanun layihəsi İcmalar Palatasında səsə qoyulub.

 

İcmalar Palatasında səsvermə öncəsi millət vəkillərinin suallarını cavablandıran səhiyyə naziri Viktoriya Atkins siqaretin demansdan ölü doğuşa qədər bir çox xəstəliyin əsas səbəblərindən biri olduğunu və hər ay 75 min insanın səhiyyə müəssisələrinə siqaretlə bağlı müraciət etdiyini bildirib. O, siqaretə bağlı ölümlərin ildə 80 min civarında olduğunu ifadə edib.

 

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyulub. Layihə 67 əleyhinə 383 səslə qəbul edilərkən, parlamentin yuxarı palatası olan Lordlar Palatasının iyun ayında layihəni müzakirə edəcəyi gözlənilir.

 

Kral III Çarlzın təsdiqindən sonra qanuna çevriləcək qanun layihəsi, 2009-cu il yanvarın 1-dən sonra doğulan uşaqların ömürlərinin sonunadək siqaret ala bilməmələri üçün siqaret almaq üçün aşağı limitin hər il artırılmasını nəzərdə tutur.

 

Qanun layihəsi qanuna çevrilərsə, yetkinlik yaşına çatmayanlara siqaret satanlara məhkəmələr tərəfindən təyin olunan 2500 lirə (təxminən 100 min lirə) cəzaya əlavə olaraq, yerində 100 lirə (təxminən 4 min lirə) cərimə də tətbiq olunacaq. .

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla