AZ

Türkiyəli professor BDU-nun SABAH qruplarının tələbələrinə mühazirə oxuyub - FOTO

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Tarix müəllimliyi ixtisası üzrə III kurs tələbələrinin “Osmanlı tarixi” dərsində “Osmanlının yerləşdirmə tarixi və yoxa çıxmış kəndlər” mövzusunda mühazirə keçirilib.
 
Bu barərə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Mühazirəni “Erasmus” mübadilə proqramı çərçivəsində BDU-ya gələn Türkiyənin Tokat Qaziosmanpaşa Universitetinin Tarix bölümünün rəhbəri, professor Alpaslan Demir oxuyub.
 
Mühazirədə professor Alpaslan Demir Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən maliyyələşdirilən “Yoxa çıxmış kəndlər” layihəsi haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində Türkiyənin Konya, Manisa və Sivas şəhərlərinə bağlı yoxa çıxmış kəndlərlə bağlı araşdırma aparılıb. Ümumilikdə Türkiyə coğrafiyasında 50-60%-ə qədər yoxa çıxmış kəndin olduğu müəyyənləşdirilib. Mühazirədə bu problemin səbəb və nəticələri haqqında ətraflı məlumat verilib.
 
Sonra professor Alpaslan Demir tələbələrin suallarını cavablandırıb.
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla