AZ

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayaraq həyata keçirəcək.

Ölkə.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamda qeyd olunub.

Xatırladaq ki, 2023-cü il noyabrın 10-da İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.

Seçilən
12
23
Mənbələr
Şərh ()
Bağla