II Liqada XXI turun görüşləri keçirilib.
Liderlər qrupunda yer alan "Şahdağ Qusar" Şamaxıda "Şəmkir"i qəbul edib.
Qarşılaşma şimal bölgəsi təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İlk dəqiqələrdən hücuma atılan və ard-arda təhlükəli epizodlar yaradan nominal ev sahibləri 2 dəqiq ərzində iki qol vuraraq, işi bitirib.
Öncə Famil Camalov hesabı açıb. Ardınca "Bakı"nın yetirməsi Tural Qurbatov fərqlənib.
Hücumçu cinah ötürməsini yaxın məsafədən "çərçivə"yə istiqamətləndirməklə, mövsüm ərzində vurduğu qolların sayını 24-ə çatdırıb.
İkinci hissənin əvvəlində isə Famil dublunu rəsmiləşdirb. Qonaqların gücü təsəlli qoluna çatıb.
Məzahir Əhmədov ilk 1 saatın tamamında "Şahdağ"ı məyus edib. Şəmkirlilər daha iki dəfə fərqlənməyə yaxın olsa da, qapı tiri və qapıçı Babək Allahverdiyev Qusar təmsilçisinin dadına çatıb.
Xallarını 44-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 13 xalı olan "Şəmkir" isə 12-ci yerdədir.
SPORTİNFO.AZ
Şamaxı OİK stadionu. 15 tamaşaçı Baş hakim: Namiq Bəkirov Baş hakimin köməkçiləri: Ruslan Quliyev, Səbuhi Əmrahov Dördüncü hakim: Sərxan İsmayılov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Bəhram Qurbanov Sarı vərəqələr: Kənan Mirzəliyev, 80, 89 (qeyri-idman hərəkəti) // İlkin Əliyev, 33 (qeyri-idman hərəkəti); Yusif Rufullazadə, 68 (qeyri-idman hərəkəti); Cavid Abbasov, 75 (qeyri-idman hərəkəti); Sahib Cümşüdov, 77 (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elşad Mirzəyev, 77 (hakimin qərarına etiraz) Qırmızı vərəqə: Kənan Mirzəliyev, 89 Qollar: Famil Camalov, 33, 49; Tural Qurbatov, 35 // Məzahir Əhmədov, 61 Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq. | | |
“Şahdağ Qusar” 12. Rafiq Kərimov (1. Babək Allahverdiyev, 53) 14. Rahid Əmirquliyev (k) 88. Mehdi Rəsulov (77. Elmin Əskərli, 71) 11. Tural Qurbatov 7. Salman Atluxanov 44. Afin Bağırov 97. Kənan Mirzəliyev 9. Famil Camalov 4. Rubin Seyidov 21. Ruslan Ağalarov 71. Cavid Quliyev (17. Coşqun Qorçiyev, 60) Ehtiyat oyunçular: 8. Fərman Qənbərov 3. Əlimirzə Daşzərini 10. Fuad Məmmədzadə 20. Mehman Məsimov 19. Samir Şixzadayev 16. Denis İsmixanov 30. Ruslan Kiçibəyov Məşqçi: İlkin Hacıxanov | “Şəmkir” 1. İsrail İsmayılov (12. Novruz Rəhimov, 46) 19. Elxan Əzizov (k) 6. Cavid Abbasov (15. Aydın İsxanzadə, 86) 14. Surac Şahbazov 10. Sahib Cümşüdov (5. Ayxan Məmmədli, 86) 3. Kamran Kərimov 57. Məzahir Əhmədov 30. Kərəm Əhmədli 9. İlkin Əliyev (20. Taleh Nəbiyev, 46) 77. Yusif Rufullazadə 17. Asim Quliyev Ehtiyat oyunçular: 8. Ülfan Hüseynov 4. Kənan İbişov Baş məşqçi: Ceyhun Əhmədov | |