AZ

BMT: 1994-cü ildən bəri dünyada ana ölümləri 34 faiz azalıb

BMT:

Bakı, 17 aprel, AZƏRTAC

Son 30 ildə ana ölümlərinə qarşı mübarizədə mühüm uğurlar əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondu tərəfindən dərc olunan illik hesabatda deyilir.

Hesabata əsasən, son otuz ildən bəri dünyada ana ölümlərində 34 faizlik azalma qeydə alınıb. Lakin bu nailiyyətə bütün ölkələrdə eyni dərəcədə nail olunmayıb. Belə ki, Afrika ölkələrində qadınların hamiləlik və ya ağır doğuş zamanı ölüm riski Avropa və Şimali Amerika ilə müqayisədə 130 dəfə yüksəkdir. Bundan əlavə, bir çox ölkədə səhiyyə xidmətlərindən istifadə məsələsində hələ də bərabərsizliklər mövcuddur.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla