AZ

Tbilisinin mərkəzində kriminal “razborkada” 3 şəxs yaralanıb

Gürcüstanın paytaxtı Tiflisin mərkəzində atışma qeydə alınıb. Gürcüstan mətbuatı xəbər verir ki, hadisə Vake rayonunda, Tabidze küçəsində saat 1 radələrində baş verib.

Üç nəfər yaralanıb, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs maska ​​taxıb.

O, küçə ilə hərəkət edən gəncə atəş açmağa başlayıb. Yerli telekanalların məlumatına görə, maskalı şəxs mərhum qanun oğru “Dato Tbilisskinin” yaxın qohumu olan Georgi Ruxadzeyə atəş açıb. Gəncin mühafizəçisi qarşı tərəfə atəş açıb və hücumçunu yaralayıb .

Cinayətin motivi məlum deyil.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla