AZ

Yuxarı Şirvan suvarma kanalının bərpası Azərbaycanın su ehtiyatlarından səmərəli istifadəsi üçün gördüyü tədbirlərdəndir - Sevil Mikayılova

Bakı. Trend:

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinəticəsində əhalinin rahatlığının təmin olunması üçün əlverişlişərait yaradılıb. Elektrik enerjisi, avtomobil yolları, dəmiryolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma iləbağlı olan layihələr artıq öz səmərəsini göstərir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı SevilMikayılova deyib.

S.Mikayılova bildirib ki, Azərbaycanda bir çox infrastrukturlayihələri gerçəkləşib. Ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizəçatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrikstansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətlidərəcədə irəliləyişə nail olunub.

"Azərbaycanda bütün layihələr Prezident İlham Əliyevin dəvurğuladığı kimi planlı şəkildə icra olunur. İqlim dəyişikliyi iləbağlı bütün dünyada narahatlıq doğuran məsələlərdən biri isə su iləbağlıdır. Bu il kifayət qədər qar, yağış yağması səbəbindən bizimsu hövzələrimizdə, su anbarlarında kifayət qədər su var, lakin bizdaha öncəki illərdə quraqlıqla bağlı müəyyən problemləryaşadıq.

Dövrümüzün iqlim problemləri su ehtiyatlarından effektivistifadəni vacib edən amillərdəndir", - deyə deputat əlavəedib.

Deputat onu da qeyd edib ki, Yuxarı Şirvan suvarma kanalınınbərpası Azərbaycanın su ehtiyatlarından səmərəli istifadəsi üçüngördüyü tədbirlərdəndir: "Əslində bu kanal yenidən inşa ediləcəkdesək yanılmarıq, çünki sözügedən kanal 1958-ci ildə inşa edilib.İllər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb. İtkilərə və susızmalarına görə ətraf torpaq sahələri şoranlaşıb, əkin üçünyararsız vəziyyətə düşüb.

Kanalın yenidən qurulması ilə minlərlə insan bu layihədənfaydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfəartırılacaq və 200 kilometrdən çox olacaq. Bu da həmin ərazilərdəəkin sahələrinin 2 dəfədən çox artırılmasına imkan verəcək.Ümumilikdə bu layihə nəticəsində 230 min hektar əkin sahəsinisuvarmaq mümkün olacaq".

S.Mikayılova vurğulayıb ki, su ehtiyatlarından effektiv istifadəistiqamətində görülən işlər tək bununla da yekunlaşmır. Eynizamanda Taxtakörpü və Şəmkirçay su anbarları əhəmiyyətli layihələridi. Gələn il inşasına başlanılacaq Qarabağ kanalı da böyük birərazini əhatə edəcək. Artıq qəbul edilmiş proqram əsasındaAzərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələrayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir:"O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10min hektar torpaq, əkin sahələri suvarılacaq. Bir neçə ildən sonraən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Əlbəttə suyaqənaət hər birimizin öhdəliyinə düşən məsələlərdəndir və Azərbaycandövləti üzərinə düşən bütün vəzifələri icra edir".

S.Mikayılova onu da bildirib ki, işğaldan azad edilmiş Qarabağvə Şərqi Zəngəzur mövcud olan su resursları Azərbaycanın ümumi suresurslarımızın 25 faizini təşkil edir.

"Artıq Azərbaycan bütün su hövzələrinə tam sahib olub. Birmüddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı oldu.Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışıolacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan suanbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan ikikanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmirediləcək.

Görülən bütün infrastruktur layihələri imkan verir ki, həm azadolunmuş ərazilərdə, həm də digər bölgələrimizdə kənd təsərrüfatınıninkişafı üçün böyük perspektivlər yaransın. Əminik ki, icra olunanlayihələr və ən müasir texnologiyaların tətbiqi nəticəsindəölkəmizdə həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük vədigər kənd təsərrüfatı sahələri geniş vüsət alacaq, mövcudgöstəricilər daha da yüksələcək", - deyə Sevil Mikayılova qeydedib.

Məqalədə:
Seçilən
65
2
Mənbələr
Şərh ()
Bağla