AZ

Ərdoğan HƏMAS lideri ilə görüşmək niyyətindədir

Rəcəb Tayyib Ərdoğan İstanbulda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə danışıqlar aparmağı planlaşdırır.

Yenisabah.az xəbər verir ki, Türkiyə prezidentiparlamentində çıxışı zamanı deyib: "Bu həftə sonu mən Fələstin davası uğrunda hərəkatın liderini qəbul edəcəm. Bir sıra məsələləri müzakirə edəcəyik", - .

Danışıqlar şənbə günü, aprelin 20-də baş tutacaq.

Ötən həftə Haniyənin 3 oğlu və bir neçə nəvəsi İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində həlak olub. Türkiyə hökuməti HƏMAS Siyasi Bürosunun rəhbərinə yaxınlarının vəfatı ilə bağlı başsağlığı verib.


Telegram kanalımız
Seçilən
28
50
Mənbələr
Şərh ()
Bağla