AZ

İran İsrailin cavab hücumuna necə hazırlaşır?

İran İsrailin İran ərazisinə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) digər ölkələrdə, xüsusilə də Suriyadakı obyektlərinə cavab zərbələri endirməsinə hazırlaşır. 

HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" öz mənbələrinə istinadən yazıb.

"İran bu həftə İsrailin cavabına hazırlaşır. İranın hərbiləşdirilmiş qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu Suriya ərazisindəki qurğuları üçün fövqəladə tədbirlər görüb. Bəzi SEPAH üzvləri Suriyadakı bazalarını boşaldıblar, digərləri isə bunu gecə, İsrailin zərbələrinin böyük ehtimalla həyata keçiriləcəyi bir vaxtda edirlər", deyə jurnal qeyd edib.

Nəşrin fikrincə, İran və İsrail arasında münasibətlərdə mövcud vəziyyətdə hər bir ölkə zəif görünmək istəmir və bu, regional müharibə riskini artırır.

Aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə doğru yüzlərlə pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib. Eyni zamanda, İran tərəfi yəhudi dövləti ərazisində bir sıra hərbi obyektlərin vurulduğunu bildirib.

Samir

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla