AZ

Milli Şuranın aksiya ilə bağlı müraciətinə cavab verildi


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib.
Yeniavaz.com
xəbər verir ki, BŞİH mitinqin keçirilməsini məqbul saymayıb.
Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci ünvanda yerləşən Yasamal İdman-Sağlamlıq Kompleksinin stadionunda təmir işləri həyata keçirilir. Eyni zamanda metronun “28 May” və “Nəriman Nərimanov” stansiyalarının qarşısındakı ərazilər əhalinin daha sıx hərəkət etdiyi metro çıxışları olduğundan, nəqliyyatın intensiv hərəkət etdiyi hissələrdə yerləşdiyindən həmin məkanlarda toplantıların keçirilməsi tıxacların yaranmasına və vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına səbəb olacaq.
“Göstərilənləri, həmçinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsini nəzərə alaraq 21 aprel 2024-cü il tarixində planlaşdırılan mitinqin keçirilməsini məqsədəuyğun hesab etmirik”, - İcra Hakimiyyətinin Milli Şuranın müraciətinə cavabında deyilir.
Seçilən
71
35
Mənbələr
Şərh ()
Bağla