AZ

Azərbaycan sement istehsalı və ixracını artırıb

Bu ilin yanvar-mart aylarında ölkədə 890,7 min ton həcmində sement istehsal edilib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, bir il öncəki göstəricini 26,3 faiz və ya 185,7 min ton üstələyir.

Cari ilin fevral ayı ilə müqayisədə isə martda istehsal həcmində 16,6 faiz və ya 48,9 min ton artım qeydə alınıb. Mart ayında 344 min ton sement istehsal olunub. Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 88 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk rübündə ölkədən 8,96 milyon ABŞ dolları dəyərində 151,6 min tondan çox hazır və ya klinker formasında sement ixrac edilib. Bu, 2023-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 30,7 faiz və ya 2,1 milyon dollar, həcm baxımından isə 16,4 faiz və ya 21,3 min ton çoxdur.

2024-cü ilin ilk üç ayı ərzində sementin ümumi ixracda xüsusi çəkisi 0,15 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,33 faizə bərabər olub.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla