AZ

"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Terapevt Risalə Həsənova

"Həkimlərimizi tanıyaq!" rubrikamızda terapevt Risalə Həsənova haqqında məlumatları diqqətinizə çatdırırıq.
 
O, 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1999-2000-ci illərdə M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında terapiya ixtisası üzrə internatura keçib.
 
Risalə Həsənova 2000-2004-cü illərdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında, 2005-2008-ci illərdə Bakı şəhəri Biosis tibb mərkəzində həkim-terapevt, 2010-2013-cü illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Pirəkəşkül Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifələrində çalışıb.  2013-cü ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Novxanı Ailə Sağlamlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərir.
 
Həkim ölkə daxilində və ölkə xaricində bir çox beynəlxalq konfranslarda, seminar və kurslarda iştirak edib.
 
Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdir.
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla