AZ

Ərdoğan BƏƏ prezidenti ilə danışıqlar apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Ərdoğan BƏƏ-də baş verən sel fəlakəti ilə əlaqədar Əl Nahyana "keçmiş olsun" diləklərini çatdırıb.

 

Qeyd edək ki,  Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən saatlarda yağan güclü yağış daşqınlara və uçuşların dayandırılmasına səbəb olub. Səlahiyyətlilər son 75 ilin ən yüksək yağış miqdarının qeydə alındığını açıqlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla