AZ

“Deluxe Residence” açıqlama yaydı: “Onların məqsədi...”

«Deluxe Residence» Mənzil Tikinti Kooperativi uzun illərdir ki, Bakı şəhərində mənzil tikintisi fəaliyyəti  ilə məşğul olur. Şirkətimizdə 100-ə yaxın insan iş ilə təmin olunub. Bu günə kimi şirkətimiz Bakı şəhərinin müxtəlif ərazilərində köhnə tikililərin sökülərək yerində müasir yaşayış komplekslərinin tikintisini uğurla tamamlayıb. Növbəti belə layihə isə hazırda Yasamal rayonunda həyata keçirilməkdədir. 

Bakı şəhər İcra Hakimiyyətinin 10 avqust 2023-cü il tarixli 141 saylı sərəncamı ilə Bakı Şəhəri, Yasamal rayonu, Məhəmmədhüseyn Şəhriyar, Əhməd Cəmil və Behbud Şaxtaxtinski küçələrinin kəsişməsində yerləşən ərazi yeni yaşayış kompleksinin tikintisi üçün «Deluxe Residence»Mənzil Tikinti Kooperativinin (MTK) istifadəsinə verilmişdir. Hal-hazırda ərazidə yaşayan sakinlərlə müqavilələrin bağlanması və onların ərazidən köçürülməsi işləri həyata keçirilir. Sakinlərə, onlara məxsus faktiki yaşayış sahələrinin üzərinə 20 % əlavə olunmaqla, təmirli mənzillər və bu mənzillər təhvil verilənədək kirayə haqqları təklif olunur. Məhəllədə yaşayan sakinlərin mütləq əksəriyyəti şirkətimizin bu layihəsini çox yüksək qiymətləndirirlər. Artıq ərazidə, 100-dən artıq  ailə razılıq əsasında köçürülmüşdür. Lakin bəzi sakinlər müxtəlif instansiyalara müraciət edərək şirkətimiz barəsində şikayətlər edirıər. Əsas məqsədləri isə, Şirkətimizi çıxılmaz vəziyyətə salmaqla, reallıqdan dəfələrlə artıq kompensasiya almaqdır. Bütün tikinti işlərinin yubanmasına, bu isə öz növbəsində  müqavilə əsasında ərazidən köçürülmüş və evlərinin tikilib başa çatmasını gözlyən 100-dən artıq ailənin haqlı narazılıqlarına səbəb olur.

Tərlan Əliyev 

«Deluxe Residence»

 Mənzil Tikinti Kooperativinin hüquqşünası


Telegram kanalımız
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla