AZ

Nadir Əliyev “Füzuli” rəhbərliyi ilə barışdı

“Füzuli” rəhbərliyi baş məşqçi Nadir Əliyevlə olan anlaşmazlığı həll edib.

Bu barədə 2-ci liqa təmsilçisinin çalışdırıcısı özü “Football-plus.az”a açıqlamasında bildirdi. O, heç bir problemin olmadığını və danışıqlardan sonra hər şeyin yoluna düşdüyünü dedi:

“Rəhbərliklə bir problemim yoxdu. Sadəcə, işə Region Liqası səviyyəsində yanaşma ilə bağlı dediklərim bəzilərinə xoş gəlməmişdi. Söhbət etdik, dəqiqləşdirdik. Hər şey qaydasındadı”.

Mütəxəssis komandanın uğurlu çıxışına da toxundu:

“Çempionatın bitməsinə cəmi 5 oyun qalıb. Maksimum nəticə əldə etmək üçün üçün çalışacağıq. Hədəfimiz çempionluqdu. Doğrusu, rəhbərlik tərəfindən qarşımıza çempionluq hədəfi qoyulmayıb. Mən Amit Quluzadədən sonra bura gəlmişəm. Komandaya gələndə 4-cü pillədəydik, liderdən 8 xal geridəydik. Qış fasiləsində bir neçə oyunçunu göndərib, yerinə yenilərini gətirdik. Emin Quliyev, Elvin Nəsibov da bunlardandı. “Lerik”lə görüşə iki gün qalmış məşqlərə start vermişdik və bəhrəsini də gördük”.

KAMAL SƏFƏR
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla