AZ

Hemofiliyanın yeni müalicə üsulu xəstənin həyat keyfiyyətini yaxşılaşdırır

Qanama pozuqluğu olaraq bilinən hemofiliyanın müalicəsində dərialtı tətbiq edilən "uzun yarı ömürlü faktor konsentratlarının" xəstənin həyat keyfiyyətini artırdığı bildirilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, Ankara Etlik Şəhər Xəstəxanası Uşaq Hematoloji-Onkoloji Klinikasının əməkdaşı, dos. Əli Fəttah hemofiliyanın qanın düzgün laxtalanmadığı irsi qanaxma xəstəliyi olduğunu deyib.

 

Hemofiliyanın qanın laxtalanmasını təmin edən faktorların əskikliyi səbəbindən meydana gəldiyini ifadə edən Fəttah, xəstəliyin kişilərdə daha çox rast gəlindiyini və qadınların ümumiyyətlə daşıyıcı olduğunu vurğulayıb.

 

Xəstəlikdə qanaxma əlamətlərinin körpəlikdən başladığına diqqət çəkən Fettah hemofiliya qanaxmasının ömürlük müalicə prosesi ilə nəzarət altına alına biləcəyini söyləyib.

Bildirib ki, yeni üsul qanaxmanı ən qısa zamanda dayandırmaq və qanaxma risklərinin qarşısını almaq məqsədi daşıyır. O, hemofiliya xəstəliyinin müalicəsində faktor konsentratlarının standart olaraq istifadə edildiyini açıqlayıb.

Fəttah bu faktorların insan plazmasından və gen mühəndisliyindən əldə edildiyini və xəstəyə venadaxili inyeksiya yolu ilə verildiyini bildirib.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla