AZ

3 ayda xaricdən 80 milyon dollarlıq dənli bitki almışıq – 50 milyondan çox azalma

Cari ilin birinci rübündə Azərbaycana 80 milyon 926 min ABŞ dolları dəyərində dənli bitkilər gətirilib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57 milyon 732 min ABŞ dolları və ya 41,6% azdır. 2023-cü ilin ilk rübündə xaricdən alınan dənli bitkilərə çəkilən xərcin dəyəri 138 milyon 658 min ABŞ dolları olub.

Bu ilin eyni dövründə xaricə satılan dənli bitkilərin dəyəri isə 132 min ABŞ dolları olub ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 116 min ABŞ dolları, yaxud da 8,2 dəfə çoxdur.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə xaricdən alınan dənli bitkilər ümumi idxalın 3,44 faizini təşkil edib.

Əvəz Həsənov

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla