AZ

Qara dəniz-Xəzər_Avropa layihəsi üzrə sənəd bu ilin sonu hazır oacaq

2024-cü ilin sonuna kimi "Qara dəniz enerjisi” layihəsinin ("Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi) texniki-iqtisadi əsaslandırması hazır olacaq. Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə IRENA Assambleyasının 14-cü sessiyası çərçivəsində "Bərpa olunan enerjinin üç dəfə artırılması" mövzusunda yüksək səviyyəli plenar iclasda çıxışı zamanı deyib.

"2030-cu ilə qədər Azərbaycan Avropa İttifaqı ilə enerji tərəfdaşlığına uyğun olaraq Aİ-yə yaşıl enerjinin tədarükü planlarını nəzərə alaraq, həm milli, həm də regional miqyasda bərpa olunan enerji potensialının artırılmasına töhfə verən ölkəyə çevriləcək", - Şahbazov qeyd edib.

Onun fikrincə, yaşıl enerjinin inkişafı üçün belə regional kontekst dünyada bərpa olunan enerjinin üç dəfə artırılması üzrə qlobal məqsədlərə nail olmaq üçün strateji əhəmiyyət kəsb edir.

"Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihəsi Azərbaycanı bərpa olunan enerji sahəsində regional inteqrasiyada aparıcı ölkələrdən birinə çevirəcək”, - Şahbazov deyib.

Layihəyə Xəzər dənizində külək stansiyalarının yaradılması, onlardan Qara dənizə (Gürcüstan vasitəsilə), sonra Qara dənizin dibi ilə Rumıniyaya, oradan isə Xəzər dənizinin elektrik şəbəkəsinə elektrik kabelinin çəkilməsi daxildir. 
 
N.Təbrizli

www.anews.az
Seçilən
6
Mənbələr
Şərh ()
Bağla