AZ

Yuliya Navalnaya dünyanın ən nüfuzlu 100 adamı siyahısına daxil edildi

Həbsxanada dünyasını dəyişmiş rusiyalı müxalifətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya dünyanın ən nüfuzlu 100 adamı siyahısına daxil edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Navalnayanın  ABŞ-nin “Time” jurnalının siyahısına daxil olduğuna dair qısa mətni ABŞ-nin vitse-prezidenti Kamala Harris yazıb.

Harris ərinin ölüm xəbərini alarkən Münhen Təhlükəsizlik Konfransında çıxış edən, Rusiya hakimiyyətinin yalanlarını və qəddarlığını böyük cəsarətlə qınayan Navalnayanı xatırladıb.

“Həmin gün biz bir qədər gec görüşdük. Uşaqları və ailəsi, təkcə ərinin taleyi haqqında deyil, həm də fəaliyyəti barədə nə düşündüyü barədə danışdıq. Xoşbəxtlikdən Yuliya Navalnaya indi dünya arenasında lider rolunu öz üzərinə götürüb. Navalnaya ərinin ədalət və qanunun aliliyi uğrunda mübarizəsini davam etdirəcəyinə söz verib. O, müstəsna fədakarlıq və güc nümayiş etdirir. Münhendə həmin gündən Navalnaya təkcə demokratik dəyərlərin rəmzinə deyil, həm də onlar uğrunda cəsarətli mübarizə çevrildi. Birləşmiş Ştatlar onu, eləcə də azadlıq və demokratiya uğrunda mübarizə aparanların hamısını dəstəkləyir”, – Harris yazıb.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
164
8
Mənbələr
Şərh ()
Bağla