AZ

Ukraynada ağır cinayətlər törədən erməni əsilli hərbçi 12 il həbs cəzasına məhkum edilib

Ukraynada

Kiyev, 17 aprel, AZƏRTAC

Ukraynanın Buça bölgəsində mülki avtomobilə atəş açan və bir mülki şəxsin ölümünə səbəb olan erməni əsilli rus hərbçisi 12 il müddətinə azadlıqdan məhrum edilib.

AZƏRTAC xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin 98-ci hava-desant diviziyasının 331-ci paraşüt alayının müqaviləli əsgəri, 29 yaşlı Radik Qukasyan cəzalandırılıb.

“Kiyev uğrunda gedən döyüşlər zamanı Qukasyan digər rus əsgərləri ilə birlikdə Buça yaxınlığında mülki avtomobilə atəş açıb, nəticədə sürücü həlak olub, cinayəti gizlətmək üçün işğalçılar öldürülən şəxsin cəsədini meşədə basdırıblar”, - deyə məlumatda bildirilir.

2022-ci ilin avqustunda Xerson istiqamətində gedən döyüşlər zamanı Ukrayna hərbçiləri Qukasyanı əsir götürüb. İstintaqın məlumatına görə, o, ilk günlərdən Ukraynaya qarşı müharibədə iştirak edən düşmən qrupunun tərkibində olub. Kiyev vilayətində cinayət ortaqları ilə birlikdə mülki binalara atəş açıb, həmçinin quldurluq edib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla