AZ

Rusiya Qazaxıstanda istilik elektrik stansiyası tikəcək

Qazaxıstan və Rusiya hökumətləri Qazaxıstanın Kokşetau, Semey və Ust-Kamenoqorsk şəhərlərində kömürlə işləyən kombinə edilmiş istilik və elektrik stansiyalarının (İES) tikintisinə dair saziş imzalayıblar.

Bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Rusiyanın “INTER RAO – Export” MMC və Qazaxıstanın “Samruk-Energo” SC bu iş üçün səlahiyyətli təşkilatlar seçilib. İkinci şirkət artıq 2024-cü ildə ilk istilik elektrik stansiyasının tikintisinə başlamaq üçün yol xəritəsini hazırlayıb.

Qazaxıstanın energetika naziri Almasadam Satkaliev bildirib ki, istilik kömürünün böyük ehtiyatları nəzərə alınmaqla üç rayon mərkəzində istilik elektrik stansiyalarının tikintisi onların gələcək inkişafına güclü təkan verməyə kömək edəcək.

Mənbə: gazeta.ru

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla