AZ

HƏMAS lideri Ərdoğanla görüşəcək

Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə aprelin 20-də İstanbula səfər edəcək.  Bu barədə NTV telekanalı məlumat yayıb.

Kanal qeyd edir ki, Ərdoğan Haniyəni danışıqların aparılacağı İstanbuldakı Dolmabaxça iqamətgahında qəbul edəcək.

Daha əvvəl parlamentdəki çıxışı zamanı Ərdoğan "Fələstin lideri həftənin sonunda <...> qonaq olacaq” desə də, konkret kimdən danışdığını açıqlamamışdı.

Bundan əlavə, Misirin xarici işlər naziri Sameh Shoukry Fələstin-İsrail münaqişəsinin həlli perspektivlərini və ikitərəfli münasibətləri müzakirə etmək üçün bu həftənin sonunda Türkiyəyə səfər etməyi planlaşdırır.
 
Mətbuatın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Şükri ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında danışıqlar baş tutacaq.
 
N.Təbrizli

www.anews.az
Seçilən
78
Mənbələr
Şərh ()
Bağla