AZ

Bu il iki günəş və bir külək elektrik stansiyasının təməli qoyulacaq

“Masdar” şirkəti ilə mərhələli şəkildə quruda və dənizdə 10 QVt “yaşıl enerji” layihələrinin həyata keçirilməsi çərçivəsində bu il 1 QVt gücündə iki günəş və bir külək elektrik stansiyasının təməli qoyulacaq.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə Əbu-Dabidə naziri Pərviz Şahbazovla Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir arasında görüşdə bildirilib.

Görüşdə yeni istehsal güclərinin yaradılması, həmçinin elektrik enerjisinin ötürülməsi layihələri üzrə proseslərin sürətləndirilməsi razılaşdırılıb.

Söhbət zamanı ADNOC şirkəti ilə “Abşeron Faza I” layihəsi, hər iki ölkənin apstrim sektorunda əməkdaşlığın genişləndirilməsi, həmçinin COP29 tədbirinə hazırlıq və bu xüsusda intensiv əlaqələrlə bağlı da müzakirələr aparılıb. BƏƏ-nin Azərbaycanla səmərəli nəticələrə hədəflənən enerji tərəfdaşlığının inkişafına, eləcə də ölkəmizə COP29-a sədrliyi zamanı dəstəyi ifadə edilib.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla