AZ

Hemofiiya xəstəliyi zamanı Aptz dəyərinin yüksək olması müşahidə edilir

Hemofiiya

Bakı, 17 aprel, AZƏRTAC

Bir çox halda hemofiliya yenidoğulmuşların sünnəti nəticəsində uzanan qanama nəticəsində təsadüfən rast gəlir və ya bir az daha yuxarı yaş qrupunda iməkləmə və hərəkət zamanı hematom və hemartrozlar, yəni oynaq içinə, əzələ içinə qanamaların olması ilə müayinələrə başlanılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb.

Hemotoloq qeyd edib ki, adətən Aptz deyilən dəyər normada yüksək olması izlənilir, bu halda Artz qarışım testindən istifadə edilir: “Aptz qarışım testi hemofiliya şübhəsi olan xəstənin plazması ilə sağlam insanın plazması qarışdırılır, bundan sonra Aptz dəyəri 50 faizdən çox düzələrsə, faktor çatışmazlığı təxmin edilir. Bu halda laboratoriya analiz, eləcə də klinik təzahür serumda faktor səviyyəsini yoxlatmağa yetərli olur”.

Şəhla Şabanova qeyd edib ki, hemofiliya A zamanı faktor 8, Hemofiliya B zamanı Faktor 9 çatışmazlığı müşahidə edilir.

Seçilən
43
1
Mənbələr
Şərh ()
Bağla