AZ

Gürcüstan parlamenti qalmaqallı qanunu təsdiqlədi

Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Publika.az xəbər verir ki, bu sənəd Tbilisidə müxalifətin kütləvi etirazlarına səbəb olmuşdu. 83 deputat qəbulun lehinə, 0 nəfər əleyhinə səs verib, müxalifət səs verməyərək iclas zalını tərk edib.

Sənəd hələ ikinci oxunuşda qəbul edilməlidir - dinləmələr mayın 17-də keçiriləcək.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsində illik gəlirinin 20 faizindən çoxunu xarici mənbələrdən əldə edən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin Ədliyyə Nazirliyinin reyestrində qeydiyyata alınması nəzərdə tutulur. Onlardan ildə bir dəfə əmlak bəyannaməsi təqdim etmələri tələb olunacaq. Tələblərə əməl edilmədikdə inzibati cərimələr nəzərdə tutulur. Dəyişikliklər həmçinin QHT-lərin qeydiyyatdan keçməli olduğu orqanlar üçün qeydiyyat prosedurlarını və nəzarət mexanizmlərini müəyyən edir.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla