AZ

Sülhməramlılar Dağıstan istiqamətində gedir – BİZİM ŞƏRH

Bir qədər öncə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə xəbərlərə aydınlıq gətirdi:

“Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da jurnalistlərə Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib:

"Bəli, bu doğrudur".

Herbiand.az-a daxil olan məlumata görə, Rusiya hərbi kontingenti Qarabağdan Ermənistan istiqamətin, Gümrüdəki hərbi bazaya yox, Dağıstan istiqamətində hərəkət edir.

Yada salaq ki, 2020-ci il 10 noyabrda Rusiya hərbi kontingenti məhz Ermənistandan laçın yolu ilə Azərbaycan ərazisinə daxil olmuşdular.

Ehtimal etmək olar ki, Qarabağdan çıxarılan hərbi kontingent Ukrayna cəbhəsində döyüşən qüvvələrə dəstək üçün Qərbə yön alacaq. Ola bilər ki, şəxsi heyət bir müddət müxtəlif istiqamətdə dislokasiya olunsun. Ancaq hərbi texnikanın məhz Ukrayna istiqamətinə göndəriləcəyi şübhəsizdir.

Herbiand.az

Seçilən
67
19
Mənbələr
Şərh ()
Bağla