AZ

Sülhməramlıların Qarabağdan çıxarılmasının SON TARİXİ açıqlandı

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının Qarabağdan vaxtından əvvəl çıxarılmasına başlanılıb. Bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov rus mətbuatına açıqlamasında təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Putinin sözçüsü eyni zamanda çıxarılmanın son tarixini də açıqlayıb.

Onun sözlərinə görə, sülhməramlıların Qarabağdan tam çıxarılması prosesi 2024-cü ilin sentyabrın sonunda başa çatacaq.

Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsinə münasibət bildirib.

O, qeyd edib ki, barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib:

"Proses artıq başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər".

Bizim.Media
 

Seçilən
63
2
Mənbələr
Şərh ()
Bağla