AZ

Vanqanın illər öncə İran və İsrail haqda dedikləri

"Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2024-cü il üçün sadaladığı kəhanətlərdən daha biri doğru çıxıb.

Gəlin, onun üçüncü dünya müharibəsi haqqında dedikləri və bunun İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə hansı əlaqəsinin olduğuna nəzər salaq.

Vanqanın İran və İsrail arasındakı münaqişə haqqında dedikləri

Publika.az “The Mirror”a istinadla bildirir ki, Vanqanın 11 sentyabr terror aktını və koronavirus pandemiyasını proqnozlaşdırdığı iddia edilir. O, həmçinin İran və İsrail arasında gərginliyin artması fonunda yenidən baş qaldıran üçüncü dünya müharibəsi ilə bağlı qorxunc proqnozlar verib.

Vanqa dünyanın sonunun gələcəyi tarixə - 5079-cu ilə qədər hər il üçün proqnozlar verib. O inanırdı ki, 2024-cü ildə bir çox qaranlıq hadisələr, o cümlədən Avropada terror aktları, bioloji hücumlar və III Dünya Müharibəsi baş verəcək.

“Yaxın Şərqdə gərginlik artdıqca, onlardan bəziləri çox inandırıcı görünür. Belə ki, aprelin 13-də İran pilotsuz təyyarədən İsrailə raket zərbəsi endirib və bu, Livana cavab hücumuna səbəb olub. Buna görə də narahatlıq var, çünki Vanqanın proqnozu tezliklə gerçəkləşə bilər”, - nəşr yazır.

“The Mirror” həmçinin yazır ki, Vanqa yaxınlaşan terror dalğası barədə də xəbərdarlıq edib və hətta naməlum “böyük ölkənin” bioloji müharibəyə müraciət edə biləcəyini proqnozlaşdırıb.

Nəşrin məlumatına görə, hadisələr HƏMAS-ın hücumundan sonra, 2023-cü il oktyabrın 7-də silahlı şəxslərin İsrailin cənubuna hücumundan sonra başlaya bilər.

Seçilən
55
14
Mənbələr
Şərh ()
Bağla