AZ

Rusiya şirkətləri Çin banklarının qadağalarından necə yayınır?

Rusiya şirkətləri bankların imtinaları səbəbindən qonşu ölkələr vasitəsilə Çinə ödənişlər həyata keçirirlər. 

Valyuta.az xəbər verir ki, bu barədə Beynəlxalq Özəl İnvestisiya Fondunun aktiv meneceri Aleksandr Duşkin daha dörd Çin bankının Rusiyadan ödənişləri qəbul etməkdən imtina etməsini şərh edərkən bildirib.

"Bütün bunlar idxalı bahalaşdırır və bunun üçün istehlakçılar ödəyir. Artıq aydındır ki, bu, pişik və siçanın əbədi oyunu olacaq. Çin Qərblə ticarət əlaqələri naminə Rusiyanı qurban verməyə hazır bir ölkə kimi görünə bilər, çünki onun Qərblə ticarəti Rusiya ilə dövriyyəsindən dəfələrlə çoxdur, lakin gələcəkdə Çin Qərbin ticarət məhdudiyyətləri ilə üzləşəcək. Çin bunu yaxşı başa düşür", deyə maliyyəçi bildirib.

Onun fikrincə, bu səbəbdən Çin və Rusiya yeni addımlar düşünərək ticarəti davam etdirəcəklər.

"İzvestiya" qəzetinin məlumatına görə, Çinin ən böyük bankı olan ICBC, eləcə də "China Citic Bank", "Bank of Taizhou" və "Industrial Bank" 2024-cü ilin mart ayının sonundan etibarən Rusiya Federasiyasından yuanla ödənişləri qəbul etməkdən imtina ediblər. Qeyd olunur ki, məhdudiyyətlər ikinci dərəcəli sanksiyalar riski ilə bağlıdır. Rusiyanın Çinə etdiyi ödənişlərin təxminən 80%-i geri qaytarılır.

Paşa Məmmədli

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla