AZ

Azərbaycandan izahat gözləyirik - Makron

"Azərbaycanın son aylarda iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli fəaliyyəti ilə əlaqədar Fransa səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib".

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb.

“Respublika Prezidenti bu gün səfirimizi bu münasibətlə qəbul etdi. O, Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini və Azərbaycan tərəfinin öz niyyətlərinə aydınlıq gətirməsini arzuladığını bildirib.

Fransa beynəlxalq hüquqa və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək verdiyini xatırladır. Bu normallaşma həm ölkələrə, həm də bütövlükdə regiona fayda verəcək”, - deyə məlumatda vurğulanıb.

Zaur
BakuPost
Seçilən
62
Mənbələr
Şərh ()
Bağla