AZ

Baş nazir: Qəzzaya dair danışıqlar dalana dirənib

Qəzza zolağında atəşkəsin yaradılması üzrə danışıqlar dalana dirənib.

Yenisabah.az EFE-yə istinadla xəbər verir ki, bunu İsrailin HƏMAS-la danışıqlarında vasitəçilik edən Qətər hökumətinin başçısı Məhəmməd bin Əbdülrəhman bildirib.

O deyib: "Təəssüf ki, danışıqlar uğursuz anlardan keçir və müəyyən durğunluğa məruz qalır. Bu vəziyyətdən çıxmaq üçün mümkün olan hər şeyi etməyə çalışırıq".

HƏMAS  ötən həftə Qahirədə keçirilən danışıqlarda vasitəçilərin Qəzzada irəli sürdüyü atəşkəs təklifini rədd etmişdi.


Telegram kanalımız
Seçilən
67
Mənbələr
Şərh ()
Bağla