AZ

Tələbəmiz ABŞ-ın ən nüfuzlu universiteti olan Kolumbiya Universitetində təhsil alacaq

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaatfakültəsinin IV kurs tələbəsi Fuad Cəfərli İnşaat mühəndisliyiixtisası üzrə ABŞ-ın ən nüfuzlu universiteti olan KolumbiyaUniversitetində (Columbia University) magistr təhsili almaq hüququqazanıb.

Tələbəmizin təhsil alacağı Kolumbiya Universiteti Nyu-Yorkşəhərinin mərkəzində yerləşir və ABŞ-ın “Sarmaşıq” liqasınınüzvüdür. Bu liqaya ABŞ-ın ən nüfuzlu universitetləri daxildir.Kolumbiyanın illik ortalama qəbul faizi 4%-dir. Yəni sənədgöndərənlərin sadəcə 4%-i burada təhsil almaq haqqı qazanır.

Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli məzunlaryetişdirib. Onların arasında 79-dan çox şəxs Nobel mükafatına layiqgörülüb. Universitetin uğurlu məzunları sırasından ABŞprezidentləri Teodor Ruzvelt, Barak Obama, Vudro Vilson, Estoniyaprezidenti Tomas Hendrik İlves, ABŞ-ın keçmiş dövlət katibi MadlenOlbrayt, Nobel mükafatı laureatları Martin Çalf, Ceyms Hekman,Edmund Felps, Orxan Pamuk, Riçard Aksel və digərlərinin adınıçəkmək olar.

Kolumbiya Universiteti akademik hazırlığın səviyyəsi, tibb,mədəniyyət, sosiologiya və s. elmlərin tədqiqatı üzrə əldə etdiyiuğurlara görə bütün dünyada məşhurdur. Hazırda burada 25000-dən çoxtələbə təhsil alır, onların 20%-ni digər ölkələrdən gələnlər təşkiledir.

Qeyd edək ki, ölkəmizin inşaat və memarlıq istiqamətində profiluniversiteti olan AzMİU uğurlu təhsil strategiyası ilə ölkəhüdudlarından kənarda da tanınır. Universitetin məzunları hər ilölkəmizlə yanaşı xarici universitetlərin ali təhsil müəssisələrindədə təhsillərini davam etdirir. AzMİU-nun köklü fakültəsi olanİnşaat fakültəsinin məzunlarının uğurları da mütəmadi təzələnir.Fakültəni bitirən məzunların bir qismi Azərbaycanda, digər qismiisə Türkiyə, Avropan və ABŞ-ın nüfuzlu universitetlərində təhsilalır.

Məqalədə:
Seçilən
49
3
Mənbələr
Şərh ()
Bağla