AZ

ATU əməkdaşları Fəxri fərmanla təltif olunublar 

Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar Prezident seçkilərində səmərəli fəaliyyətinə görə təltif olunan əməkdaşlar -  ATU-nun Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev və ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Müşfiq Həsənovla görüşüb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, görüşdə növbədənkənar Prezident seçkilərinin yeni reallıqların oğruduğu yeni hədəflərə doğru atilmi mühüm addım kimi qiymətləndirilib. Suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün ərazilərdə seçki məntəqələri fəaliyyət göstərib. Xalqımızın növbəti dəfə sülhə, inkişafa, suverenliyə səs verdiyini nəzərə çatdıran prorektor S.Əliyev seçkilərdəki aktivliyə görə mükafatlandırılanlar sırasında ATU əməkdaşlarının yer almasını xüsusi vurğulayıb.

 

Qeyd edək ki, ATU-nun Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayevə Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına, Prezident seçkiləri zamanı Hacıqabul rayonunda seçki prosesinin azad, şəffaf keçirilməsinə verdiyi töhfələrə görə YAP Hacıqabul rayon sədri İsmayıl İbrahimov adından təşəkkürnamə verilib.

 

Eyni zamanda, ATU-nun professoru Qalib Qarayev, Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Müşfiq Həsənov seçkilərdə YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasında göstərdiyi yüksək xidmətlərinə görə YAP Fizuli rayon Təşkilatının Sədri Nazimə Şamıyeva  tərəfindən Fəxri fərmanla təltif olunub.

 

Görüşdə prorektor S.Əliyev fəxri fərman və təşəkkürnaməni ATU əməkdaşlarına təqdim edib, universiteti layiqli şəkildə təmsil etdiklərinə görə onlara təşəkkürünü bildirib.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla