AZ

Lamin Yamal ÇL-də növbəti rekordunu müəyyənləşdirdi

Çempionlar Liqasının 1/4 finalında evdə PSJ-yə qarşı cavab oyunu “Barselona”nın ispaniyalı sağ vingeri Lamin Yamal üçün əlaməttdar olub.

Arena.az məlumat verir ki, Yamal “blauqrana”nın 1:4 hesabı ilə məğlub olduğu oyunda komandasının yeganə qolunun vurulmasında məhsuldar ötürməsi ilə fərqlənib.

Beləliklə Yamal Çempionlar Liqasının ələmə mərhələsində məhsuldar ötürmə vermiş ən gənc futbolçu kimi yarışın rekordunu müəyyənləşdirib. Oyun günü Yamal 16 yaş 278 günlüyündə olub.

Xatırladaq ki, ümimi hesabda (6:4 – evdə: 2:3, səfərdə: 4:1) üstünlüyünü təmin etmiş PSJ Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Lamin Yamal “Barselona” klubunun öz yetirməsidir. Gənc istedad 2022/2023 mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 43 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı 2022/2023 mövsümü İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı sağ vinger Lamin Yamalın transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla