AZ

Rusiya Ukraynanın Çerniqov şəhərini raket atəşlərinə məruz qoyub...

 
"Çerniqovda vəziyyət çox ağırdır, zərərçəkənlərin sayı durmadan artmaqdadır..."
 
Rusiyanın terror hücumu nəticəsində onlarla insan həlak olub, çoxlu yaralı və dağıntılar altında qalanlar var...
 
Bu gün səhər Rusiya ordusu Ukraynanın şimal sərhəddi yaxınlığında yerləşən Çerniqov şəhərinin sıx məskunlaşan rayonuna "İsgəndər" raketlərilə zərbələr endirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "rybrika.com" nəşri məlumat yayıb.
 
Ukrayna prezidenti Ofisi rəhbərinin müavini Aleksey Kulebanın məlumatına görə, şəhərin mərkəzinə endirilən üç raket zərbəsi səkkizmərtəbəli binanı dağıdıb, dörd çoxmərtəbəli bina, xəstəxana, ali təhsil müəssisəsi, onlarla avtomaşın zədələnib.
 
"Hazırda üçü uşaq olmaqla 60 nəfərdən çox adamın zərər çəkdiyi, 14 nəfərin həlak olduğu bəllidir. Xiladedicilər və tibb işçiləri insanları aşkar etmək və onların sağlamlığı və həyatını xilas etmək üçün bütün səylərini səfərbər edib. Bütün təcili xidmətlər iş başındadır", - o, "Teleqram-kanal"ında yazıb.
 
Tibb işçiləri məlumat verib ki, zərərçəkənlərdə mina partlayışı, kəllə-beyin travmaları, döş qəfəsi travmaları, ətrafların damar zədələnmələri var. Xəstəxanaya yerləşdirilən zərərçəkənlər arasında ağır vəziyyətdə olanlar var.
 
Ukrayna Dövlət Fövqəladə Vəziyyətlər Xidmətinin dərc etdiyi videoda xilasedicilərin dağıntılar altından sağ qalan insanları çıxarması əks edilib.
 
"Raket atəşləri nəticəsində həlak olanlar arasında 25 yaşlı polis leytenantı olan qadın da var. O, qonşu evdə yaşayıb, xəstəliyi ilə bağlı müalicədə olub, ölümcül qəlpə yarasından həyatını itirib", - məlumatda deyilir.
 
Ukraynanın ən populyar nəşrlərindən olan "Nikolayevskiy Vanek" nəşri yazır ki, Çerniqovda vəziyyət çox ağırdır, zərərçəkənlərin sayı saatbasaat artmaqdadır. Şəhər sakinləri yerli Qanköçürmə Mərkəzində kütləvi şəkildə qan verir.
Seçilən
171
50
Mənbələr
Şərh ()
Bağla