AZ

“Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov

“Hadı Rəcəbli ilə uzun müddət parlamentdə işləmişik. Hadı müəllim 5 çağırış deputat, komitə sədri olub. Parlamentdə bütövlükdə Azərbaycanda sosial qanunvericiliyin inkişaf etdirilməsində Hadı Rəcəblinin mühüm rolu olub. O, ziyalı insan idi. Onun ən özəl xüsusiyyətlərindən biri də öz ixtisasını çox gözəl bilməsi idi. Eyni zamanda çox gözəl dost idi. Allah rəhmət eləsin, ruhu şad olsun”. Bu sözləri sabiq deputat Hadı Rəcəblinin dəfn mərasimində təəssüratlarını SİA ilə bölüşən Milli Məclisin deputatı Ziyafət Əsgərov deyib.

“İki gün öncə biz birlikdə xeyir işdə idik. Onsuz da hər zaman tez-tez danışırdıq, bir şikayəti yox idi. Amma bu gün belə bir xəbər eşitdik. Görünür qisməti belə imiş, Allah rəhmət eləsin”,- deyə o əlavə edib.

Ləman Sərraf

Seçilən
64
1
Mənbələr
Şərh ()
Bağla