AZ

“Xalqımız dövlətinin yanında olduğunu daima göstərib” - MÜNASİBƏT BİLDİRİLDİ

“44 günlük Vətən müharibəsində qazanılan qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yanaşı, nəinki ölkəmizdə hətta qlobal siyasətdə yeni reallıqlar yarandı. Dövlətimizin Cənubi Qafqazda yaratdığı yeni situasiya inkişafa və təhlükəsizliyə xidmət göstərir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Deputat sözlərinə belə davam edib: “Bu gün Azərbaycanın həm Şərq, həm də Qərb dövlətləri ilə münasibətdə apardığı xarici siyasət beynəlxalq miqyasda qlobal əməkdaşlığa və dinamik inkişafa, iqtisadi-mədəni əlaqələrin dərinləşməsinə və daha məhsuldar, çoxtərəfli və davamlı olmasına geniş perspektivlər açır.

Təəssüfləndirici haldır ki, Azərbaycanın əldə etdiyi bu uğurlar ölkə daxilindəki radikal müxalifət düşərgəsini və xaricdəki antimilli qüvvələri narahat edir. Xüsusilə də, Azərbaycanın praqmatik xarici siyasət kursunu hədəfə almağa çalışan radikallar sosial şəbəkələrdə müxtəlif yalanlar səsləndirir, manipulyasiyalara əl atırlar. Düşünürəm ki, bu şəxslər Azərbaycanın artan beynəlxalq nüfuzunu və regionda yaranan yeni reallıqları qəbul edə bilmir və qazanılan nailiyyətlərə kölgə salmaq üçün hər növ təbliğat aparırlar.

Qeyri-sivil əməlləri hər zaman özünə əsas mübarizə vasitəsi seçən radikal müxalifət bütün dövrlərdə utopik arzularına çatmaq üçün daxili auditoriyadan istifadə etməyə cəhd göstərib. Radikal müxalifətin ölkədə süni gərginlik yaratmağa çalışması daima uğursuzluqla nəticələnib. Lakin xalqımız dövlətinin yanında olduğunu daima göstərib, radikal müxalifətin təşkil etdiyi mitinqlərə adətən elə öz üzvləri çıxmaqla kifayətlənib. Vətəndaşlarımız heç bir saxta vədlərə və saxtakarlıqlarla dolu olan siyasi polemikalara inanmayıb”.

Ayşən Vəli

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla