AZ

Dünya bundan danışır: Əmisinin meyiti ilə banka gəldi, kredit götürmək istədi

Braziliya mətbuatının məlumatına görə, Rio-de-Janeyroda bir qadın yaşlı kişinin cəsədini banka apararaq 3400 dollar kredit götürməyə çalışıb.

Publika.az xəbər verir ki, bank işçiləri hadisəni lentə alaraq polisə müraciət ediblər. Qadının saxlanıldığı və qəribə videonun sosial mediada sürətlə yayıldığı bildirilir.

Görüntülərdə Erika de Souza Vieira Nunes adlı qadın stulda oturan solğun, yaşlı kişinin başını qaldırır, onunla danışır və ondan borc sənədlərini imzalamasını xahiş edir.

Nunesin özünü qocanın qardaşı qızı kimi təqdim etdiyi iddia edilir.

Seçilən
110
6
Mənbələr
Şərh ()
Bağla