AZ

Rusiya hökuməti bu tarixdə İSTEFA VERƏCƏK - Peskov AÇIQLADI

Rusiya Federasiyası Prezidentinin ənənəvi andiçmə mərasiminə “müəyyən nüanslar” daxil ediləcək.

 

Sfera.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı deyib.

 

“Ümumiyyətlə, mərasim planı kifayət qədər yaxşı yazılıb. Standartdır. Müəyyən nüanslar da baş verəcək”, — Peskov qeyd edib. O əlavə edib ki, təfərrüatlar bir qədər sonra açıqlanacaq.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Kremldə keçiriləcək.

 

Həmin gün Rusiya hökuməti istefa verəcək.

 

Günay

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla