AZ

Türkiyə PUA istehsalında çox inkişaf etmiş bir addım atdı - Nikos Dendias

Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyənin pilotsuz uçuş aparatlarının (PUA) istehsalında çox irəlilədiyini, lakin onların geridə qaldığını bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölkəsinin bu itirilmiş vaxtın əvəzini çıxması lazım olduğunu bildirən Dendias, Yunanıstanın da İsraildəki dəmir günbəz kimi müdafiə sistemlərini inkişaf etdirməsi lazım olduğunu qeyd edib.

Dendias bildirib ki, Yaxın Şərqdə artan gərginlik bütün Avropa və Yunanıstanda inflyasiyanı artırıb.

Müəllif: Səbinə Hüseynli
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla