AZ

Qroznıda Putinin adını daşıyacaq rayon olacaq

Çeçenistanın paytaxtı Qroznıda Rusiya liderinin şərəfinə Rusiya prezidenti Vladimir Putinin adını daşıyacaq rayon olacaq.

Ölkə.Az xəbər verir ki, bu barədə Qroznı şəhər bələdiyyəsinin mətbuat xidmətinin məlumatında deyilir.

Qroznı bələdiyyəsinin məlumatına görə, onlar aprelin əvvəlində ev-ev, qapı-qapı gəzərək sakinlər arasında səsvermə keçiriblər. 

Səlahiyyətlilərə görə, 34 705 respondent Putinin adını daşıyacaq rayonun olmasına səs verib və yalnız 200-ə yaxın insan “öz versiyasını” təklif edib.

Artıq şəhər duması sorğunu əsaslı hesab edib və yeni rayonun yaradılması haqqında qanunun qəbul edilməsi üçün materialları  respublika parlamentinə göndərib.

Çeçenistanın rəhbəri Ramzan Kadırov da bir müddət əvvəl 200 hektardan çox ərazidə yeni rayonun yaradılması və ona Rusiya Federasiyası Prezidentinin adının verilməsi təklifi ilə çıxış edib. 

Mürtəza
Ölkə.Az

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla