AZ

Usman Dembele həm fitə basıldı, həm də ən yaxşı seçildi

Çempionlar Liqasnın 1/4 finalında “Barselona”ya qarşı səfərdə cavab oyunu PSJ-nin fransalı sağ vingeri Usman Dembele üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Dembele bu oyunda komandasının bərabərlik qolunu vurub və qarşılaşmanın yekunlarına əsasən, oyunun ən yaxşı oyunçusu seçilib.

“O, hücumda kəskin idi və parislilərin uğurunda əsas fiqur oldu”, – UEFA-nın texniki müşahidəçiləri öz seçimlərini izah ediblər.

Yeri gəlmişkən, Dembele “Barselona” ilə cavab oyunundan sonra fikirlərini bildirib. Fransalı futbolçu kataloniyalı azarkeşlərin onu fitə basması barədə bunları deyib:

“Barselona” böyük klubdur. Mən onu sevirəm! Hazırda Parisdə çox xoşbəxtəm. İndi biz yarımfinala yüksəlirik. “Barselona” azarkeşlərindən fit? Bu, hər bir futbol stadionunda normaldır”.

Xatırladaq ki, ümimi hesabda (6:4 – evdə: 2:3, səfərdə: 4:1) üstünlüyünü təmin etmiş PSJ Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Usman Dembele PSJ-yə ötən 2023-cü ilin yay transfer pəncərəsində 50,4 milyon avro müqabilində “Barselona”dan keçmişdi. Buna rəğmən, iyun ayında fransalı futbolçu Kataloniya klubundan ayrılmaq fikrində olmadığını da bildirmişdi. Fransalı vingerin Paris klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dembele PSJ-nin heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 3 qol vurub, 14 məhsuldar ötürmə verib.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 43 oyun keçirib, 5 qol vurub, 3 məhsuldar ötürmə verib və “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı sağ vinger Usman Dembelenin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla