AZ

Bu ixtisas qruplarında ballar arta bilər - PROQNOZ

Dövlət İmtahan Mərkəzi (DİM) 3 və 10 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


Hər iki imtahanın nəticələri də artıq məlumdur. 53 nəfər buraxılış imtahanından maksimum nəticə göstərib.

 

Müşahidələr onu göstərir ki, imtahanlardan maksimum nəticə göstərən abituriyentlərin çoxu tibb ixtisası üzrə təhsil almaq istəyir.

 

Maraqlıdır, bu il tibb təhsili üzrə keçid balının qalxma ehtimalı varmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, bu illəri tibb ixtisası üzrə balların əvvəlki illərlə müqayisədə təkrarlanmaması ehtimalı var:

 

“Əvvəlki illərdə hər il ən yaxşı halda 2,3,4 nəfər maksimum bal toplayan abituriyent olurdu. Hazırda isə rəqəmlər kifayət qədər artdı. Təbii ki, birdən-birə bu nəticə gözlənilmirdi. Nəticələrin yüksəlməsində səbəb Elm və Təhsil Nazirliyinin son illər təhsil sisteminə nəzarəti, eyni zamanda keyfiyyətin yüksəldilməsi istiqamətində gördüyü işlərdir. İkinci məqamda odur ki, artıq Dövlət İmtahan Mərkəzinin imtahanda tətbiq etdiyi sual modelləri müəllimlərə və repetitorlara artıq bəllidir. Əlbəttə nəticələrin yüksək olması ixtisas qruplarına, xüsusən 4-cü ixtisas qrupu üzrə yüksək balların formalaşmasına təsir edəcək. Çünki yüksək bal toplayanların əksəriyyəti birinci və dördüncü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istiqamətində düşünən və gələcək karyerasını proqnozlaşdıran abituriyentlərdir. Bu il tibb ixtisası üzrə balların əvvəlki illərlə müqayisədə təkrarlanmaması ehtimalı var. Amma digər ixtisaslarda bal yüksəlişi gözlənilmir. Kütləvi şəkildə balların qalxması ehtimalı yoxdur”.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla