AZ

Sivas-İstanbul yüksək sürətli qatar xətti istifadəyə veriləcək -Nazir açıqladı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Sivas ilə İstanbul arasında birbaşa yüksək sürətli qatar ekspres səfərlərinin 4 may tarixindən etibarən başlayacağını bildirib: “Sivas-Ankara yüksək sürətli Qatar xəttindən istifadə edən vətəndaşlarımızın tələblərinə uyğun olaraq işlər tamamlanıb. İstanbul ilə Sivas arasında 483 sərnişin tutumuna malik ekspress və fasiləsiz səfərlərə başlayırıq.”

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyədə dəmir yollarına qoyulan investisiyalar və irəliləyişlər sayəsində nəqliyyatda zəmanəni dəyişən layihələrin həyata keçirildiyini vurğulayaraq, nazirlik olaraq yüksək sürətli qatar layihələrində, mövcud dəmir yolları, milli və yerli dəmir yolu sənayesinin inkişafı, dəmir yollarının yenilənməsi və modernləşdirilməsi istiqamətində çalışdıqlarını bildirdi. A.Uraloğlu vətəndaşların təhlükəsiz, sərfəli, ekoloji cəhətdən təmiz və rahat daşınmasını təmin etmək üçün dəmir yolu sərmayələrini azaltmadan davam etdirəcəklərini bildirdi.

Ankara-Sivas yüksək sürətli dəmir yolu xətindən 1 ilə 971 min insan istifadə edib

26 aprel 2023-cü ildə Ankara-Sivas yüksək sürətli dəmiryol xəttinin istifadəyə verilməsi ilə Ankara ilə Sivas arasındakı məsafənin 603 kilometrdən 405 kilometrə, səyahət müddətinin isə 12 saatdan 2 saata düşdüyünü xatırladan nazir A.Uraloğlu Ankara ilə Yozgat arasındakı məsafəni qət etmənin də 1 saat azaldığını bildirib: “Marşrut üzrə 8 stansiya ilə xidmət göstərməyə başlayan sürətli qatar xəttinin Elmadağ, Kırıkkale, Yerköy, Yozgat, Sorgun, Akdağmadeni, Yıldızeli və nəhayət Sivasa çatdığını diqqətə çatdırıb. Uraloğlu vurğulayıb ki, Kırıkkale, Yozgat və Sivas vilayətlərimiz Ankara sürətli qatar şəbəkəsinə qoşulma ilə bu əyalətlərdə yaşayan təxminən 1,3 milyon vətəndaş yüksək sürətli qatarla səyahət etmək imkanı qazanıb. Ankara ilə Sivas arasında gündə 3+3 dəfə işləyən yüksək sürətli qatar 26 aprel 2023-cü ildə istifadəyə verildikdən sonra son bir ildə 971 min sərnişin səyahət edib.”

Orxan Vahidoğlu, "İki sahil"

 

Seçilən
158
Mənbələr
Şərh ()
Bağla